Delimitasiya Ermənistanı niyə narahat edir? - BAKU TV

Delimitasiya Ermənistanı niyə narahat edir? - BAKU TV Aktual xəbərlərimiz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının bölgədə təhlükəsizlik mühitinə, davamlı sabitliyə və əmin-amanlığa əlverişli şərait yaradacağı heç kimə sirr deyil. Artıq bu istiqamətdə uğurlu nəticələr də əldə edilib və sərhədlərin delimitasiyası ilə bağlı tərəflər arasında ilk görüş keçirilib. Buna baxmayaraq, Ermənistan yenə də Azərbaycan əleyhinə əsassız iddialar və təxribat xarakterli fikirlər səsləndirərək proseslərə xələl gətirməyə çalışır. Məsələn, bir neçə gün bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycana qarşı yenidən əsassız iddialarla çıxış etdi və Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən cavabını da aldı. Sual doğuran məqam isə ondan ibarətdir ki, rəsmi İrəvanın diplomatik korpusu iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara, həmçinin dövlət sərhədinin delimitasiyası prosesinə zərbə vurmaqla hansı məqsədə nail olmaq istəyir? Sosial şəbəkələrimiz ©2021 - 2022 © All Rights Reserved ℗ Baku TV Delimitasiya Ermənistanı niyə narahat edir? #bakutv #delimitasiya #ermənistan #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top