Ermənistandan sərhədlə bağlı mühüm açıqlama - Baku TV

Ermənistandan sərhədlə bağlı mühüm açıqlama - Baku TV Ermənistan hökuməti sərhədlərin demarkasiyasına və delimitasiyasına dair danışıqlar prosesinə hazırdır, Azərbaycan hakimiyyətindən siqnal gözləyir. İşçi qrupunun bütün təkliflərini müzakirə etməyə hazırıq. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün hökumətin iclasından sonra jurnalistlərlə görüşündə deyib. Təhlükəsizlik Şurasının katibi sərhədlərin hansı xəritələr əsasında müəyyən edilməli olduğuna dair məsələnin hələ aydınlaşmadığını bildirib. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyasının Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanılan sovet hərbi xəritələri əsasında aparılmalı olduğunu deyib. Putin bildirib ki, bu proses ancaq Rusiyanın iştirakı ilə aparıla bilər və hansısa digər tərəfə ehtiyac yoxdur. Çünki sərhədlərin delimitasiyası və demarkasiyasına imkan verən xəritələr ancaq Rusiyadadır. ________________________________ Pulsuz
Back to Top