Ermənistanda bu qərarın icrasına başlanıldı | Paşinyandan mühüm açıqlama

Ermənistanda bu qərarın icrasına başlanıldı | Paşinyandan mühüm açıqlama “SSRİ-nin dağıldığı ərəfədə, 1991-ci il dekabrın 21-də Almatı Bəyannaməsində 1975-ci ilin xəritəsinə uyğun olaraq sərhədlər təsbit edilib. Həmin sənədə Azərbaycan və Ermənistan imza atıb. Məncə, hər bir Ermənistan vətəndaşı bunu bilməlidir. Hökumət olaraq həmin qərarın icrasına başlamışıq”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib. Onun sözlərinə görə, 2024-cü il mayın 24-dən etibarən Ermənistanın şimal-şərqində Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları öz missiyalarını yerinə yetirir. şinyan vurğulayıb ki, Ermənistan ərazilərini güzəştə getmir, sadəcə mübahisəli ərazilər geri qaytarılır. “Sərhədlərin delimitasiyası prosesi həllini tapmayana qədər Ermənistanda heç vaxt sabitlik olmayacaq. Real Ermənistana və sülh məsələsinə baxış bir-birinə bağlıdır. Bu baş verməsə, mühit ya dövlətçiliyimizi məhv edəcək, ya da onun inkişafını məhdudlaşdıracaq. Biz Ermənistanın 29740 kvadratkilometr ərazisinin legitimləşdirilməsi üçün formul təklif edirik. Bu düstur bizi suverenliyə, müstəqilliyə, ərazi bütövlüyünə aparır”, – deyə Baş nazir əlavə edib. Nikol Paşinyanın xalqa müraciətindən belə aydın olub ki, rəsmi İrəvan bölgədə sülhə nail olmaq üçün yaranan fürsətin fərqindədir. Sonda Baş nazir müxalifətin ünvanına sərt tənqidlər də səsləndirib. Onları erməni xalqını çaşdırmaqda və daxili sabitliyi pozmaqda ittiham edib. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Ermənistanda bu qərarın icrasına başlanıldı | Paşinyandan mühüm açıqlama 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #paşinyan #ermənistan #xalqamüraciət #ərazibütövlüyü
Back to Top