Lavrovdan sərhədlərin delimitasiyası ilə bağlı açıqlama - BAKU TV ()

Lavrovdan sərhədlərin delimitasiyası ilə bağlı açıqlama - BAKU TV Aktual xəbərlərimiz Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağda nəqliyyat kommunikasiyalarının yaxın vaxtlarda bərpa olunacağına ümid etdiyini bildirib. O bu barədə iranlı həmkarı Hüseyn Əmir Abdullahanianla danışıqlardan sonra deyib. Sergey Lavrov kommunikasiyaların açılması ilə məşğul olan üçtərəfli işçi qrupun fəaliyyətindən də danışıb. “İşçi qrup dinamik şəkildə fəaliyyət göstərir. Eyni zamanda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı görüşlər keçirilir. İşçi qrupu razılaşmaların əldə olunmasında mühüm irəliləyişə nail olub. Ümid edirəm ki, bu, yaxın vaxtlarda rəsmiləşəcək. Bu istiqamətdə işlərin təcrid olunmuş şəkildə deyil, “Şimal-Cənub” daxil olmaqla, daha geniş nəqliyyat layihələri ilə sıx əlaqədə aparılması xüsusilə vacibdir. Sentyabrda profilli mütəxəssislərin təmasları planlaşdırılır“, - deyə o bildirib. Nazir həmçinin vurğulayıb ki, görüşdə Rusiya, İran və Azərbaycan arasında Rəşt-Astara dəmir yolunun kiçik hissəsinin tikintisi ilə bağlı davam edən müzakirələr ətrafında danışıqlar aparılıb. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Lavrovdan sərhədlərin delimitasiyası ilə bağlı açıqlama #bakutv #Lavrov #Lavrovdanaciqlama #delimitasiya #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top