Putin: Münaqişəyə son qoyulmalıdır - BAKU TV

Putin: Münaqişəyə son qoyulmalıdır - BAKU TV Aktual xəbərlərimiz Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Rusiya lideri bildirib ki, Bakı və İrəvan arasında uzun illərdir davam edən problemə nə vaxtsa son qoymaq lazımdır. Nikol Paşinyan isə öz növbəsində bildirib ki, Qarabağ məsələsində Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması üzrə Rusiya layihəsinin təklif etdiyi yanaşma İrəvan üçün məqbuldur. “Delimitasiya üzrə işlərin başlanmasından əvvəl iki ölkənin sərhədində təhlükəsizliyin artırılması lazımdır” deyən Paşinyan əlavə edib ki, Ermənistan istənilən vaxt Azərbaycanla regional kommunikasiyaları açmağa hazırdır. Qeyd edək ki, görüşdə Paşinyanın öz çıxışını vərəqdən oxuması diqqət çəkib. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz Putin: Münaqişəyə son qoyulmalıdır © 2022 © All Rights Reserved ℗ Baku TV #putin #munaqise #son
Back to Top