Azərbaycan və Ermənistan liderləri görüşəcək

Azərbaycan və Ermənistan liderləri görüşəcək “Azərbaycan və Ermənistan liderləri bu həftəsonu Brüsseldə sülh danışıqlarını bərpa edəcəklər. Qərb müttəfiqləri son hərbi əməliyyatlardan sonra tərəflər arasında vasitəçilik səylərini gücləndirirlər”. Bu barədə “Financial Times” nəşri görüşlə bağlı məlumata sahib olan üç rəsmi şəxsə istinadən xəbər yayıb. “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bazar günü, yəni mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirəcək”, – deyə qəzet yazıb. Bu, fevralda Münhendəki danışıqlardan və iki ölkənin xarici işlər nazirlərinin keçən həftə Vaşinqtonda apardığı geniş müzakirələrdən sonra iki lider arasında ilk təkbətək görüş olacaq. İki rəsmi şəxsin məlumatına görə, üç lider həmçinin iyunun 1-də daha bir görüş keçirməyi planlaşdırır. Görüşün Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla keçirilməsi nəzərdə tutulur. Danışıqlarda Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsi yaratmaqla bağlı qərarının diqqət mərkəzində olacağı ehtimal edilir. Həmçinin sərhədlərin delimitasiya və demarkasiyası, məhbus mübadiləsi və minlərlə minanın zərərsizləşdirilməsi səyləri də müzakirə mövzusu olacaq. Aktual xəbərlərimiz ***** Azərbaycan və Ermənistan liderləri görüşəcək ℗ 2022 - 2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC ***** Azərbaycan və Ermənistan liderləri görüşəcək #Azərbaycan #Ermənistan #Brüssel #Avropaİttifaqı #İlhamƏliyev #NikolPaşinyan #ŞarlMişel #lider #qərb #vasitəçi #görüş #liderləringörüşü #təkbətəkgörüş #haber #gündem #sondakika #sonxəbər #sonxəbərlər #xəbər #xəbərlər #xəbərlərbugün #azerbaycan #azerbaijan
Back to Top