Qarabağda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir - Baku TV

Qarabağda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir - Baku TV Azərbaycanda ilk “Ağıllı kənd“ layihəsi Zəngilanda tətbiq olunur. Hazırda ağıllı kənddə tikinti işləri sürətlə davam etdirilir. Qarabağda ilk dəfə həyata keçiriləcək “Ağıllı kənd” layihəsinin icrası 5 komponent üzrə aparılacaq. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə edilməklə 200 fərdi evin tikintisi həyata keçirilir. Bu evlərdən 160-ı birmərtəbəli, 40-ı isə ikimərtəbəli olacaq. Tikinti işlərinə xeyli sayda işçi qüvvəsi cəlb edilib. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulur. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunur. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin
Back to Top