Ruben Vardanyan general Volkovu Qarabağda rüşvətlə susdurur
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 44 günlük müharibədən sonra imzaladığı Üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlılarının ölkəmizin Qarabağ bölgəsinin müəyyən hissəsinə yerləşdirilməsinə baxmayaraq, rəsmi Bakı orada da baş verən hadisələr haqqında müfəssəl məlumata malikdir.
Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bildirib ki, regionda müasir texniki vasitələrə, o cümlədən peyklərə malik olmaqla insanların və nəqliyyat vasitələrinin hərəkətini izləmək, hətta bu avtomobillərin nömrələrini görmək imkanına malikdirlər. Təbii ki, bizim bu ərazilərdə qanunsuz fəaliyyətləri qeydə almaq imkanımız var. Və bunlar əsassız iddialar deyil.
Hərbi dairələrə yaxın mənbələrdən “”a verilən informasiyaya görə, daxil olan videomüşahidə materiallarına əsasən, noyabrın 10-dan 14-dək saat 21:00-dan 23:00-a qədər olan vaxt intervalında 8 ədəd “Kamaz” markalı avtomobil 731 - AB - 61 ER erməni qeydiyyat nömrəli “Nissan Patrol” markalı avtomobilinin müşayiəti ilə hər gün Xankəndidən Ermənistana səfər həyata keçirib. Noyabrın 16-18-də isə səhər saatlarında eyni avtomobillərin Ermənistandan Xankəndiyə Laçın yolu ilə hərəkəti qeyd edilib. Maşınlar gecə vaxtı şəhəri tərk edblər.
Əməliyyat məlumatlarına görə, Azərbaycanın keçmiş Ağdərə (indiki Tərtər) rayonunun Gülyatağ kəndi yaxınlığında, rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşən qızıl mədənlərində hasil edilən xammal həmin “Kamaz” markalı yük maşınlarında xaricə çıxarılır.
Daşıma İsveçrədə yerləşən “Vallex Group” QSC-yə daxil olan və həm işğal illərində Kəlbəcər, Zəngilan, həm də hazırkı dövrdə, sülhməramlıların nəzarəti altında qalan Ağdərədə qiymətli metalların talanması ilə məşğul olan “Base Metals” şirkəti tərəfindən həyata keçirilir.
Bunu hələ 2016-cı ildə ölkəmizin Xarici İşlər Nazirliyi “Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlər” adlı hesabatında qeyd edib. Şirkətin Xankəndidə ofisi də var.
“Vallex Group”un rəhbəri Ermənistan Respublikasının vətəndaşı, 1951-ci il təvəllüdlü, İrəvanda Bironi küçəsi 30, mənzil 3-də qeydiyyatda olan Valeri Mejlumyandır.
Maliyyə investoru isə İsveçrə vətəndaşı, 1956-cı il təvəllüdlü, Cenevrə kantonunun Koloniya bələdiyyəsində ünvanda qeydiyyatda olan Vartan Sirmakesdir. “Base metals”ın icraçı direktoru Artur Mkrtumyandır, o, Lori vilayətinin Alaverdi şəhərində, Baqramyan keçəsi 20, mənzil 8-də yaşayır.
Azərbaycanın təbii sərvətlərinin soyğunçuluq yolu ilə talan edilməsi, inanılmaz gəlirlər gətirməsi (2019-cu ildə “Base Metals” şirkəti separatçıların “büdcəsinə” 38 mln. dollar ödəməklə ən böyük “vergi ödəyicisi” adını alıbmış), özünü “dövlət naziri” elan edən Ruben Vardanyanın diqqətindən yayına bilməzdi.
Bəzi məlumatlara görə, o, artıq Gülyataq kəndi yaxınlığındakı mədənə nəzarəti bərpa edib və “Base Metals” sahiblərindən “xərac”ını alır.
Sülhməramlıların burnu altında fəaliyyət göstərən bu şirkət öz təhlükəsizliyindən də qorxmur. Çünki Qarabağdakı sülhməramlıların komandiri general Volkov onlardan qidalanır və çətin ki, rus general onun üçün “qızıl yumurtlayan bir quşun” başını qoparsın.
Azərbaycanın qızıl mədəninin istismarından əldə olunan gəlirlər Qarabağda mövcud vəziyyətin qorunub saxlanmasından faydalananların Moskva və İrəvandakı qara kassalarına axır. Ermənistandakı vəsaitin bir hissəsi rusiyayönlü, anti-Paşinyan müxalifətinin maliyyələşdirilməsinə, digər hissəsi isə Rusiya üçün sanksiya mallarının alınmasına yönəldilib.
Beləliklə Volkov-Vardanyan kriminal sindikatı bölgədə fəaliyyətini və vətənimizin təbii sərvətlərini talamaqda davam edir, Laçın yolu isə hərbi cinayətkarlar və talançılar üçün keçid meydançası kimi xidmət göstərir.
#ictimaitv #video #televiziya #baku #videolar #itv
2 views
12
4
2 months ago 00:09:06 4
Рубена Варданяна освободят к выборам в Армении 2026: Пограничные комиссии могут не вступить в силу
2 months ago 00:26:42 1
Россия больна! Экономический кризис после СВО | Как вывести народ из депрессии? Игорь Рыбаков
4 months ago 01:13:23 1
Чего хочет Путин от Баку, а Баку от Путина
4 months ago 00:09:49 1
Финансовая афера на миллиарды: Кто такой Рубен Варданян?
4 months ago 00:47:44 1
Быть человеком | Манифест Рубена Варданяна [ENG, ARM sub]
5 months ago 00:19:57 2
“Вместе“. Рубен Варданян - отец бизнес-сообществ в России.
5 months ago 10:29:55 1
Подкаст «Что нужно человеку для счастья?» Оскар Хартманн | Рубен Варданян | Игорь Стоянов
5 months ago 00:04:01 1
встреча В.Путина с олигархами в Кремле
5 months ago 00:18:59 1
Александр Лапшин о тюрьме, в которой сидит Рубен Варданян, судьбе Давида Бабаяна и рисках для жизни
5 months ago 01:02:32 1
Александр Аузан о деньгах: зеркало, фетиш и великий уравнитель
5 months ago 00:00:58 1
Российский завод “Кама“ планирует собирать электрокары “Атом“ в Узбекистане
6 months ago 01:51:35 1
Наринэ Абгарян: «Иди и живи» // «Скажи Гордеевой»
6 months ago 00:04:22 5
Рубена Варданяна в Баку пытали - ООН может ввести против Алиева санкции: Алавердян
6 months ago 00:00:36 1
На момент развала СССР, НКАО провозгласила выход из состава Азербайджанской ССР | Рубен Варданян
7 months ago 00:01:03 1
В Бакинском апелляционном суде зачитано решение в отношении Рубена Варданяна
7 months ago 00:04:46 1
Ruben Vardanyan dreamed of making the world a better place by putting values and principles first
8 months ago 00:03:03 1
Stromae - L’enfer, Ад ( с субтитрами)
8 months ago 00:01:51 1
Рубен Варданян опасность для Азербайджана???
8 months ago 00:57:24 1
Репортаж из Армении, бурлящей и униженной / Редакция
8 months ago 00:31:01 1
В Кургане срочная эвакуация. 50 дронов атаковали Россию. Американец сжег себя перед зданием суда
8 months ago 00:48:11 1
Максим Шевченко: Великие державы вступили в битву за Южный Кавказ