Qarabağda 10 minlərlə yeni iş yeri yaradılacaq - Baku TV

Qarabağda 10 minlərlə yeni iş yeri yaradılacaq - Baku TV Torpaqlarımızın işğaldan azad olunmasından sonra ən vacib məsələ həmin ərazilərdə bərpa-quruculuq işlərinin görülməsidir ki, bu da sistemli şəkildə həyata keçirilir. Vacib prioritetlərdən biri olan hava limanlarının inşası da əhalinin həmin torpaqlara qayıdış prosesini sürətləndirəcək. Sevindirici haldır ki, işğaldan azad edilən Füzuli rayonu ərazisində beynəlxalq hava limanının tikintisi başa çatmaq üzrədir. Artıq “Azərbaycan Hava Yolları” QSC Füzuli əsilli vətəndaşlar üçün hava limanında vakant yerlərin açıldığını elan edib. Bu isə bir daha ona dəlalət edir ki, Füzuli də daxil olmaqla işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri məskunlaşma prosesi ilə yanaşı, yeni iş yerlərinin yaradılması baxımdan da vacibdir. Ümumilikdə, işğaldan azad olunan ərazilərin böyük iqtisadi potensialı səmərəli məşğulluq imkanlarını artırır. Nəticə etibarilə, həm həmin bölgələrdə yaşayan, həm də oraya qayıdacaq vətəndaşların işlə təmina
Back to Top