“Qisas“ əməliyyatı ilə bağlı ictimai rəy - BAKU TV
“Qisas“ əməliyyatı ilə bağlı ictimai rəy - BAKU TV
Qarabağdakı antiterror əməliyyatı ilə bağlı ən son görüntü və xəbərləri teleqram kanalımızda izləyin:
Aktual xəbərlərimiz
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı “Qisas” hərbi əməliyyatı, onun hərbi-siyasi mahiyyəti və bu barədə məlumatlılıq səviyyəsinə dair ictimai rəy sorğusu keçirib.
Sorğu çərçivəsində 384 respondentin rəyi öyrənilib. Nəticələrin təhlilinə əsasən, respondentlərin mütləq əksəriyyəti Azərbaycanın öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatlar barədə məlumatlıdır. Onların əsas hissəsi, yəni 64,6%-i bu barədə məlumatı televiziyadan əldə etdiyini bildirib. 43,5% göstərici ilə sosial şəbəkələr informasiya mənbəyi kimi ikinci pillədə yer alıb. Təqribən hər dörd respondentdən biri bu barədə məlumatı saytlardan əldə etdiyini bildirib.
Azərbaycanın Qarabağdakı qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatların hərbi-siyasi mahiyyətinin qiymətləndirilməsi çərçivəsində də respondentlərin mövqeyi öyrənilib. Bu istiqamətdə sorğu nəticələrinin təhlilinə əsasən, insanların təqribən yarısı, yəni 49,2%-i hesab edir ki, aparılan hərbi əməliyyatlar erməni terrorçularının Qarabağdan çıxarılmasının əsas təminatıdır.
Respondentlərin hər beşindən biri (22,4%) Qarabağda aparılan hərbi əməliyyatların hərbi-siyasi mahiyyətini digər məqamlarla əlaqələndirib.
Onların 15,9%-i isə bu suala mövqeyini ifadə etməkdə çətinlik çəkib.
Keçirilən rəy sorğusunun nəticələrinə əsasən, insanlar Ermənistanın 10 noyabr tarixli birgə bəyanatın şərtlərinə əməl etməməsi halında, Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməsini dəstəklədiyini ifadə ediblər. Belə ki, rəyi öyrənilənlərin mütləq əksəriyyəti - 80,5%-i Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğunu düşünür. Hərbi əməliyyatları erməni terrorçularının Qarabağdan çıxarılmasının əsas təminatı olaraq görən respondentlərin 84,1%-i bu əməliyyatların davam etdirilməsini dəstəkləyib.
Nəticələrin gender aspektindən statistik təhlili bizə onu deməyə əsas verir ki, kişilər qadınlarla müqayisədə Azərbaycanın öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatları davam etdirməsini daha çox istəyirlər.
Sosial şəbəkələrimiz
© 2022 © All Rights Reserved ℗ Baku TV
Qisas əməliyyatı ilə bağlı ictimai rəy
#bakutv #qisas #ictimairey #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər