Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.
Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq.
38 views
11
6
1 month ago 00:13:10 1
Qürur dolu qayıdış
2 months ago 00:03:20 1
Moskva İrəvanın tələbini niyə yerinə yetirdi? | Rusiya Ordusu İran sərhədində qalacaq?
2 months ago 00:01:02 1
Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad olunmasından 4 il ötür
2 months ago 00:01:15 1
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb
2 months ago 00:09:13 1
Azərbaycanın dünyaya nümayiş etdirdiyi effektiv hərbi strategiya | Qarabağ Xronikası 147
2 months ago 00:01:28 1
Ordumuzun düşməni 24 saatda məğlub etdiyi gün | Qarabağda antiterror tədbirlərinin ildönümü
2 months ago 00:14:34 1
Bakını kim idarə edəcəkdi? - Nuru Paşa və Rəsulzadə arasında gərginlik | ARAŞDIRMA
2 months ago 00:01:32 1
Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
2 months ago 00:01:38 2
Ermənistanın planları alt-üst oldu | Sentyabr döyüşlərindən 2 il ötür
3 months ago 00:03:06 1
Çinare Melikzade - Azerbaycan
3 months ago 00:01:43 1
Antiterror əməliyyatı ilə bağlı yeni faktlar | Anar Eyvazov ilk dəfə açıqladı
3 months ago 00:04:22 3
Ermənistan yeni müharibəyə hazırlaşır? | Təşkilat yenidən fəallaşdı
3 months ago 00:04:23 3
Müstəqilliyimizin milli yüksəliş, rifah və tərəqqi dövrü
3 months ago 00:02:05 2
Ukrayna müqavimətlə üzləşmədi, çünki… | Kursk planı müharibənin taleyini həll edəcək?
4 months ago 00:00:00 1
Həbib Babayı: İsrail İran qarşıdurmasında regionda yerləşən ABŞ ordusu girov rolunu oynayacaq
4 months ago 00:00:15 1
Əngəl tanımaz aşarıq Uca böyük dağları BİR ÖLÜR MİN DİRİLERİK #XTQ 🇦🇿 #qarabağ #zəngəzur #azerbaycan
5 months ago 00:41:02 1
Azərbaycanlı İran Prezidenti SEÇİLDİ, Güneydə bayramdır, Pezeşkiandan ilk AÇIQLAMA - “Ana Xəbər“
5 months ago 00:01:29 1
Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
5 months ago 00:02:41 4
Rusiyalı general-polkovnik: “Azərbaycan Ordusu ölkəsinin etibarlı qalası və qürurudur”
5 months ago 00:03:56 1
“Azərbaycanın idman tarixinə bir İLK yazdıq“ - Avropa çempioni Pərviz Qasımovdan OLAY açıqlamalar
5 months ago 00:08:46 4
Rusiya sülhməramlılarından Xocalıda geriyə nələr qalıb?
5 months ago 00:00:38 3
Azərbaycanın müdafiə naziri Çinin hərbi nümayəndə heyəti ilə görüşüb
7 months ago 00:10:29 1
Heydər Əliyev sui-qəsdlərin qarşısını necə aldı? | AYDIN TARİX
8 months ago 00:00:00 1
E*rmənilərdən 3 istiqamətdə TƏXRİBAT, 16 dəfə atəşkəs pozuntusu, ordumuz müdafiə xəttini YARA BİLƏR