Ukrayna müqavimətlə üzləşmədi, çünki… | Kursk planı müharibənin taleyini həll edəcək?
Ukrayna müqavimətlə üzləşmədi, çünki… | Kursk planı müharibənin taleyini həll edəcək?
Ukraynanın Kurska hücum etməsi və bölgədə irəliləməsi hazırda bütün dünyada müzakirə mövzusudur.
Çünki bu hadisə müharibədə dönüş nöqtəsinə çevrilməklə yanaşı, 2-ci Dünya müharibəsindən indiyədək Rusiyanın tarixində yaşadığı ilk belə hadisə olub. Beynəlxalq ictimaiyyət Ukrayna Silahlı Qüvvələrinin federasiya ərazisinə necə daxil olması ilə maraqlanır.
Xarici media bu suala cavab olaraq yazır ki, Ukrayna Ordusu Kurska daxil olan zaman demək olar ki, heç bir müqavimətlə üzləşməyib. Onlar ərazidə yalnız bir müddət irəlilədikdən sonra rusiyalı döyüşçülərlə üz-üzə gəliblər.
ABŞ mediasının iddiasına görə, rusiyalı hərbçilər həmin an silahsız olublar və daha sonra təslim olublar. Bildirilib ki, Moskva bu hadisədən xəbərdar olduqdan dərhal sonra mübarizə apara bilmək üçün regiona əlavə qoşunlar göndərib.
Məlumata görə, qarşıdurma zamanı Ukrayna tərəfdən itki qeydə alınmayıb və onlar irəliləməyə davam ediblər. Nəticədə avqustun 6-dan bu günə qədər ordu təxminən 1 000 kvadratkilometr ərazini ələ keçirib.
Daha bir maraqlı məqam isə odur ki, Avropa İttifaqı və NATO təşkilatlarına üzv ölkələr daha əvvəl Ukraynaya Rusiyanın ərazisinə hücumla bağlı xəbərdarlıq etmələrinə baxmayaraq, Kurskda baş verənlərin qarşısında susub. Hətta rəsmi Vaşinqton belə Kursk əməliyyatının heç nəyə təsir etmədiyini və hər hansı eskalasiya yaratmadığını iddia edib.
Bütün bunların fonunda Rusiya Prezidenti Vladimir Putin baş verənləri təxribat adlandırıb. Ukraynalı həmkarı Volodimir Zelenski isə Kiyevin ədaləti bərpa etdiyini vurğulayıb.
Ukrayna Ordusunun Rusiya ərazisində apardığı əməliyyatın nə vaxta qədər davam edəcəyi məsələsinə gəldikdə isə ekspertlər hesab edirlər ki, bu hücumlar cəbhədə uzunmüddətli dönüş yarada bilməz. Buna səbəb Rusiya Ordusunun daha geniş və miqyas baxımından da Ukraynadan güclü olmasıdır.
Bundan əlavə, baş verənlər Ukraynanın müharibə taktikasının dəyişdiyini də sübut edir. Yəni hazırda həyata keçirilən əməliyyatın əsas məqsədi müharibəni stabilləşdirmək və Rusiya tərəfini danışıqlar masasına oturmağa təşviq etməkdir. Prezident isə bu cəhd barəsində məlumatlıdır. Lakin onun sözlərinə görə, Ukraynanın planı uğursuzluqla nəticələnəcək.
Bizi WhatsApp-da izləyin
ARZUNUN VAXTI ➧
QAPQARA ➧
AYDIN TARİX ➧
ORALARDA NECƏDİR? ➧
O VAXTLAR ➧
SONUNCU ŞAHİD ➧
BAKU ANALİTİK ➧
BAKU MED ➧
RƏSMİLƏR ➧
BAKU AKTUAL ➧
RETRO BAKU ➧
ARAŞDIRMA ➧
44 GÜN ƏSGƏR RƏŞADLA ➧
QARABAĞ XRONİKASI ➧
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧
Ukrayna müqavimətlə üzləşmədi, çünki… | Kursk planı müharibənin taleyini həll edəcək?
2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™
#bakutv #ukrayna #rusiya #kursk #müharibə #dünyamüharibəsi #ukraynaordusu #hücum