Ermənilər yeni müharibənin başlamasına qarşıdır - BAKU TV

Ermənilər yeni müharibənin başlamasına qarşıdır - BAKU TV Aktual xəbərlərimiz Ermənistandan olan hərbi çağırışçıların daha Qarabağda xidmət etməyəcəkləri ilə bağlı İrəvanda sorğu keçirilib. Əhalinin bir qismi bunun əleyhinə olsa da, bəzi ermənilər sağlam düşüncəyə sahib olduqlarını göstəriblər. “Ermənistandan olan çağırışçı əsgərlər yalnız Ermənistanda hərbi qulluq etməlidirlər. Nə vaxtsa ordu qurmağa ehtiyac olsa, biz bunu edərik. Amma hazırda bizə bu lazım deyil. Bu gün Qarabağ Azərbaycanındır”, - deyə Ermənistan vətəndaşlarından biri deyib. Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixində Moskvada imzalanan üçtərəfli bəyanata əsasən, Ermənistan Qarabağdan bütün silahlı birləşmələrini çıxarmalıdır və Rusiya bunu təmin etməlidir. Lakin separatistlər hələ də Azərbaycana qarşı təxribat törətməkdədir. Azərbaycanın isə səbir kəsası dolur. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Ermənilər yeni müharibənin başlamasına qarşıdır #bakutv #ermeniler #ermenilerqarsidir #yenimuharibe #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top