Aşkarlanan minaların sayı açıqlandı - BAKU TV

Aşkarlanan minaların sayı açıqlandı - BAKU TV Aktual xəbərlərimiz Son 10 gündə Laçın və Kəlbəcərdə dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı 72 ədəd 2019-cu ildə Ermənistanda istehsal olunan piyada əleyhinə və 2 tank əleyhinə mina çıxarılıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, təhlükəsizlik qaydalarına riayət olunmaqla onlar zərərsizləşdirilib. Eyni zamanda sentyabrda işğaldan azad olunmuş ərazilərdə Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən 73 ədəd piyada əleyhinə, 47 tank əleyhinə mina və 8 partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 273 hektar ərazi tam təmizlənib. Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 26 455 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. 7558 ədəd piyada əleyhinə, 2342 ədəd tank əleyhinə mina və 9944 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Aşkarlanan minaların sayı açıqlandı #askarlanan #minaların #sayıacıqlandı #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər #qarabag #qarabagda #veziyyet #qarabağda #vəziyyət
Back to Top