İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisində seçicilərin 76 faizdən çoxu İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Prezidenti seçdi. Bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. Prezident İlham Əliyev 21 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir Ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Ən əsası isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan tezliklə Qarabağı cənnətə çevirəcək və öz ata-baba yurdlarından didərgin düşən keçmiş məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə əbədi olaraq qayıdacaqlar. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #ilhaməliyev #prezident #azərbaycan #andiçmə #azərbaycanprezidenti #prezidentlikdövrü
Back to Top