Müharibədən sonra yuvasız qalan Şurnuxu kənd sakinləri - Baku TV

Müharibədən sonra yuvasız qalan Şurnuxu kənd sakinləri - Baku TV Ermənistanla Azərbaycan sərhədində yerləşən kəndlərdən biri də Şurnuxudur. Ərazi Gorus-Qafan yolunun üstündə, daha dəqiq desək, 5 metrlik məsafədə yerləşir. Sərhədlərin demarkasiya və delimitasiya prosesi zamanı ermənilərin sonradan tikdikləri 12 ev Azərbaycanın Qubadlı rayonunda qalıb. Vaxtı ilə burada məskunlaşan ermənilər müharibədən sonra kənddəki boş evlərə sığınıb, yarısı Gorusa köçüb, Armen Arutyunyun kimiləri isə daxmalarda qalır. Erməni mətbuatında çıxış edən Arutyunyan deyib ki, o tayda qalan evinin üzərində indi Azərbaycan bayrağı dalğalanır. Kənd sakinləri bildirir ki, otlaq sahələrinə və vilayət mərkəzlərinə çıxmaq üçün yeni yol çəkilməlidir, əks halda, magistral yol bağlansa, kənd blokadada qalacaq. Kənd başçısı Akop Arşakyan isə bildirib ki, azərbaycanlılar gələndən burada hələ heç bir insident yaşanmayıb. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində
Back to Top