Vətən Müharibəsi Qəhrəmanı sağlamlığına qovuşub - BAKU TV

Vətən Müharibəsi Qəhrəmanı sağlamlığına qovuşub - BAKU TV Aktual xəbərlərimiz Döyüş meydanında düşmənə böyük əzmlə qalib gəldiyi kimi onu yaxalayan amansız xəstəliyi də mətin iradə ilə ram edə bilib. Söhbət Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevdən gedir. Müharibədən qayıtdıqdan sonra xərçəngə tutulduğunu bilən igidimiz amansız mübarizə nəticəsində sağlamlığına qovuşub. Təxminən bir il ölüm-dirim savaşından sonra qazimiz Türkiyədə mayinə edilir və məlum olur ki, o, tam sağlamdır. Beləliklə, Qəzənfərin həyatda qazandığı ikinci möhtəşəm qələbə onu yaxınlarına bir daha qovuşdurur. Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev Murovdağ və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. Sosial şəbəkələrimiz ©2021 - 2022 © All Rights Reserved ℗ Baku TV Vətən Müharibəsi qəhrəmanı sağlamlığına qovuşub #bakutv #vetenmuharibesi #saglamliginaqovusdu #xercengxesteliyi #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top