Ermənilərin üç “OSA“ raket kompleksi və bir “Repellent” radiolokasiya stansiyasını məhv edib

Ramiz Vaqif oğlu Qasımov — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli pilot, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 1981-ci ildə Beyləqan şəhərində 4 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub və 1992-ci ildə həmin məktəbi bitirib. 1992-ci ildə Ramiz Qasımov Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə qəbul olub və 1997-ci ildə oranı bitirib. Günel adlı xanımla ilə ailəli idi. Gülanə və Gülay adında qızları, Vaqif adında isə oğlu yadigar qalıb. Ramiz Qasımov 1992-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələrinin Xəzər rayonu ərazisində yerləşən Qala aviabazasında xidmət edirdi. Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında olan bütün tip vertolyotlarda uçuşları olub. 2020-ci il iyunun 12-dən 13-nə ötən gecə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin döyüşlər gedirdi. 3-cü Ordu Korpusunun və Azərbaycan Hərbi Hava Qüvvələrinin qatıldığı toqquşmalarda artilleriya və minaatanların, həmçinin döyüş vertolyotlarının tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun artilleriya qurğuları və canlı qüvvələri məhv edilib. Ermənistan Ordusunun dayaq məntəqələrinə və canlı qüvvələrinə məhz Ramiz Qasımovun idarə elədiyi “Mi-17“ döyüş vertolyotu tərəfindən endirilib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin birinci saatlarında “SPAYK“ uzun mənzilli raketlərilə silanlanan “Mi-17“ hücum vertolyotu ilə cəbhənin Tərtər-Madagiz-Talış istiqamətlərində Ermənistan Ordusunun strateji əhəmiyyətli hədəflərini məhv edən birinci pilotlardan idi. Hərbi hədəflərin məhv edilməsindən sonra Ramiz Qasımovun idarə etdiyi “Mi-17“ hücum vertolyotu geri dönən zaman Tərtər rayonunun Azad Qaraqoyunlu istiqamətində olan zaman Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) bölmələri tərəfindən vurulub. Ramiz Qasımov dərhal bortda olan digər 2 nəfər heyət üzvünə vertolyotdan “atılma“ əmrini verib. Özü isə “Mi-17“ hücum vertolyotunu yaşayış evlərinə düşməməsi üçün boş sahəyə tərəf istiqamətləndirməyə başlayıb. Nəticədə Ramiz Qasımov vertolyotla yaşayış məntəqəsindən uzağa, boş sahəyə istiqamətlənməyi bacarıb. Özü son anda paraşütlə vertolyotdan atılsa da, başından ağır zərbə alıb. Koma vəziyyətində 25 gün qalandan sonra oktyabrın 22-də şəhid olub. Telegram: #ictimaitv #video #televiziya #baku #videolar #itv #osa #mi17helicopter #repellent #azerbaycan #xeberler #terter #madagiz #ermənistan #qarabağazərbaycandır #qarabağ #pilot
Back to Top