Əkiz bacı-qardaşı doğulan şəhidin evindən reportaj - BAKU TV

Əkiz bacı-qardaşı doğulan şəhidin evindən reportaj - BAKU TV Aktual xəbərlərimiz Son günlər Vətən müharibəsi şəhidi Sadiq Vəliyevin ailəsində əkizlərin doğulması xəbəri böyük marağa səbəb olub. Körpələrin evə gəlişini demək olar ki, bütün kənd əhli sevinclə qarşılayıb. Baku TV-nin əməkdaşı əkiz bacı-qardaşı doğulan şəhidin Ağdaşda yaşayan ailəsinin qonağı olub. Sadiq uşaqlıqdan hərbçi olmaq arzusunda olub. Arzusunun arxasınca da gedib. Qaynar nöqtələrdə göstərdiyi igidliyə görə orden və medallarla təltif olunub. Adından şərəflə, qürurla söz etdirməyi 19 yaşlı ömrünə sığdıra bilib. Əkiz uşaqların dünyaya gəlməsini isə valideynlər ailədə həyatın sanki yenidən canlanması kimi qiymətləndirir. İndi Sadiqin muzeyə çevrilən ata ocağının hər guşəsində onun bir izi, bir xatirəsi var. Körpə Sadiqlə bacısı da bu xatirələrlə böyüyəcək, Vəliyevlər ocağını işıqlandıracaqlar. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Əkiz bacı-qardaşı doğulan şəhidin evindən reportaj #ekizbaciqardas #sehidinevi #reportaj #bakutvxeber #bakutv #bakutvnews
Back to Top