Misir Qasımlıya hökm oxundu - BAKU TV

Misir Qasımlıya hökm oxundu - BAKU TV Aktual xəbərlərimiz Ukrayna məhkəməsi Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyevə hökm oxuyub. Dekabrın 6-da keçirilən məhkəmə prosesində onlar adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirləndirilərək 8 il azadlıqdan məhrum ediliblər. Hökmdən dərhal sonra Misir Qasımlı və Sübhan Quliyev məhkəmənin çıxardığı hökmə etiraz ediblər. Məhkəmə salonunda gərginlik yaranıb. Xatırladaq ki, təqsirləndirilən Misir Qasımlı və Sübhan Quliyev milliyyətcə erməni olan şəxslər tərəfindən şərləndiklərini iddia edirlər. Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz Misir Qasımlıya hökm oxundu © 2022 © All Rights Reserved ℗ Baku TV #misirqasimli #hokmoxundu #qazi
Back to Top