İlham Əliyev kimdir? - [BİOQRAFİYA]

İlham Əliyev yaddaşlara necə həkk olunur? 20 ildən çoxdur Azərbaycanı idarə edən, hakimiyyəti atasından təhvil alan İlham Əliyev əslində ölkəni necə idarə edir?  Hakimiyyətin əlaltı mediasının tərif etdiyi Əliyev beynəlxalq təşkilatların hesabatlarında avtoritar lider kimi tanınır, tənqidçiləri isə onu diktatura qurmaqda ittiham edir. İlham Əliyev kimdir? İlham Heydər oğlu Əliyev 24 dekabr 1961-ci ildə anadan olub. Ali təhsilini Moskvada başa vuran gənc İlhamın hətta 5 il Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim kimi fəalliyyət göstərdiyi bildirilir. Lakin Əliyevin Azərbaycana qayıtmamışdan əvvəlki tarixçəsi dumanlı olaraq qalır, onun əslində haralarda işləməsinə dair sübut tapmaq mümkün deyil. Onun tarixçəsində qeyd edilir ki, 1991–1994-cü illərdə özəl biznes sahəsində çalışıb. Bu tarix də Qarabağ müharibəsi dövrünə təsadüf edir. Bu, həm də ölkə prezidentinin müharibədən yayındığı və həmin dövrdə Türkiyədə dəri alveri ilə məşğul olduğu ittihamlarını ortaya çıxarmışdı.  1993-cü ildə gənc İlhamın atası Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkədə qohumların və yaxınların vəzifə tutma halları artır. Eləcə də eks dövlət başçısının oğlu İlham 1994-cü ildə Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilir. Cəmi 1 il sonra Milli Məclisin deputatı olan indiki ölkə başçısı Baş nazir vəzifəsinə qədər yüksəlir.  2003-cü il… Eks-prezident Heydər Əliyevin ABŞ-da kliniki ölüm dövrü, 20 il keçməsinə baxmayaq, ölkədə hələ də şübhəli tarix kimi müzakirə edilir. Onun əslində nə zaman ölməsi, İlham Əliyevi son anda Baş nazir təyin etməsi, daha sonra hakimiyyəti bir neçə ayda indiki prezidentə ötürməsi Əliyevlərin müxalifləri tərəfindən daimi tənqid hədəfi olub.  Seçkilər ərəfəsində küçələrə çıxan on minlərlə müxalifətçi polis zorakılığına, polis idarələrində ağır işgəncələrə məruz qalır. Ölənlərin və ömürlük əlil qalanların olduğu hesabatlarda qeyd edilib.  Müxalifət üçün səs-küylü, Əliyevlər üçün isə rahat keçən hakimiyyətin ötürülməsi nəticəsində İlham Əliyev 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayır. Əliyevin 20 ili yaddaşlarda necə qaldı? Azərbaycan həbsxanalarında hal-hazırda 200-dən çox siyasi məhbusun olduğu bildirilir. Bu, ölkə ictimaiyyəti üçün yeni xəbər deyil. İlham Əliyevin 20 illik hakimiyyəti dövrü müxalifləri üçün həm psixoloji, həm fiziki təzyiqlərlə yadda qalıb. Beynəlxalq hüquq müdafiə təşkilatlarının bəyanatlarında ölkənin adı tez-tez hallanmaqla yanaşı, Azərbaycanın demokratiya xalının da hər keçən gün geriyə getməsini müşahidə edirik. Azərbaycanda azad medianın boğulması prosesini son həftələr intensiv şəkildə müşahidə edilir. Əliyevin idarəçiliyi dövründə onun haqqında tənqidi yazılar yazan jurnalistin şübhəli qətlindən tutmuş, onlarla media nümayəndəsinin həbsə atıldığını şahidi olmuşuq. Bəs araşdırmaçı jurnalistlər əslində bizə nəyi demək istəyir?Təkcə 2016-cı ildə dünya tarixində ən böyük məlumat sızıntısı hesab edilən jurnalist araşdırması - Panama papers. Digər böyük araşdırmaları layihələrində olduğu kimi Əliyevin qızlarının adı da bu sızıntılarda hallanır. Ümumiyyətlə ölkə başçısının ailə üzvlərinin adı beynəlxalq jurnalist araşdırmalarında, eləcə də yerli jurnalistlərin korrupsiya hesabatlarında ön sıralarda yerini tutur. Əliyevlər ailəsi dünyada Londondan Dubaya onlarla mülkün, Panamadan Maltaya qədər pulyuma mexanizmlərinin sahibi kimi məşhurlaşıb. 2013-cü il prezident seçkilərinin debatında müxalifət lideri Cəmil Həsənli İlham Əliyevin qızlarının ölkədən 40 milyarddan artıq pul çıxardığını bildirmişdi. Kanala abunə ol - Bizə maddi dəstək ol WebSite: Facebook: Twitter: Google MeydanTelevision/posts İnstagram: __________________________________________________________________ Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : 4915777662277
Back to Top