Qardaş yumruğu təliminin şəxsi heyəti təltif olunub

“Qardaş yumruğu“ təliminin şəxsi heyəti təltif olunub Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə şəxsi heyət təltif olunub. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akar təlimdə fərqlənən bir qrup azərbaycanlı və türkiyəli hərbi qulluqçuları mükafatlandırıblar. Sonra hər iki qardaş ölkənin müdafiə nazirləri şəxsi heyət qarşısında çıxış ediblər. Cənab çıxış edərək Baş Qərargah rəisi və digər qoşun növləri komandanları ilə birgə təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü“ndə iştirak etməkdən məmnunluğunu bildirib. Türkiyənin milli müdafiə naziri qeyd edib ki, dünyada təhdid və təhlükələrin artdığı bir zamanda ölkələrimizin və millətimizin təhlükəsizliyini yalnız güclü orduya sahib olmaqla təmin etmək mümkündür. Birgə təlimlər də qarşılıqlı təcrübə mübadiləsi və peşəkarlığın artırılmasında mühüm əhəmiyyətə malikdir. Türkiyənin hər zaman Azərbaycanın yanında, istənilən təhdid və təxribatlara qarşı tək yumruq kimi birləşməyə hazır olduğunu xüsusi bildirən Hulusi Akar vurğulayıb ki, dostumuzu birlikdə dost, düşmənimizi də birlikdə düşmən görürük. General-polkovnik Z.Həsənov çıxış edərək qardaş Türkiyə hərbi qulluqçularını ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib. Müdafiə naziri vurğulayıb ki, təlimlərdə bütün qoşun növləri vəzifələrini yüksək səviyyədə yerinə yetiriblər. 44 günlük müharibədən sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinə uyğun islahatlar həyata keçirilir. Biz şanslıyıq. Çünki Türkiyə Silahlı Qüvvələri dünyanın ən aparıcı ordularından biridir. Bir millət – iki dövlət olaraq biz bu şansdan səmərəli istifadə edirik. Türkiyə - Azərbaycan qardaşlığı əbədidir. Yaşasın, Türkiyə - Azərbaycan qardaşlığı! ____ Награжден личный состав, задействованный в учениях «Братский кулак» 6 декабря, в «День высокопоставленного наблюдателя», состоявшегося в ходе совместных азербайджано-турецких учений, была проведена церемония награждения личного состава. Министр обороны Азербайджанской Республики генерал-полковник Закир Гасанов и министр национальной обороны Турции Хулуси Акар наградили отличившихся в ходе учений азербайджанских и турецких военнослужащих. Затем министры обороны двух братских стран выступили перед личным составом. В ходе выступления господин Х.Акар c удовлетворением отметил своё участие, наряду с начальником Генерального штаба и другими командующими видами войск, в «Дне высокопоставленного наблюдателя», состоявшегося в рамках совместных учений. Министр национальной обороны Турции подчеркнул, что в условиях нарастания угроз и опасностей во всем мире обеспечить безопасность наших стран и нации можно лишь имея сильную армию. Совместные учения также представляют особую значимость в обмене опытом и повышении профессионализма. Особо подчеркнув, что Турция всегда рядом с Азербайджаном, готовая сплотиться в единый кулак против любых угроз и провокаций, Хулуси Акар отметил, что друг нашего друга - наш друг, а враг - наш враг. В ходе своего выступления генерал-полковник З.Гасанов выразил удовлетворение видеть в нашей стране военнослужащих братской Турции. Министр обороны подчеркнул, что в ходе учений все виды войск выполнили свои задачи на высоком уровне. «После 44-дневной войны по поручению Президента, Победоносного Верховного Главнокомандующего Ильхама Алиева проводятся реформы для приведения Азербайджанской Армии в соответствие с моделью Вооруженных Сил Турции. Нам повезло, потому что Вооруженные Силы Турции - одна из ведущих армий мира. Как одна нация - два государства, мы эффективно используем этот шанс. Турецко-азербайджанское братство вечно. Да здравствует турецко-азербайджанское братство!», - отметил в своем выступлении министр обороны Азербайджана. ____ The military personnel involved in the “Fraternal Fist” exercises were awarded
Back to Top