Ermənistanda milli azlıqlar sıxışdırılır - Baku TV

Ermənistanda milli azlıqlar sıxışdırılır - Baku TV Ermənistandakı yezidi icmasının hüquqlarını dəstəkləyən Saşik Sultanyan etnik və dini ədavəti qızışdırmaqda ittiham olunur. Səbəb isə onun İraq nəşrinə müsahibəsində Ermənistanı milli zəmində diskriminasiya siyasəti aparan dövlət kimi xarakterizə etməsi və ölkədə yezidilərin hüquq və azadlıqlarının tapdandığını söyləməsidir. Bununla bağlı artıq Milli Təhlükəsizlik Xidməti cinayət işini prokurorluğa göndərib. Sultanyanın günahı sübuta yetirilərsə, o, 3 ildən 6 ilə qədər həbs cəzası ala bilər. Görünən mənzərə isə budur: monoetnik ölkə olan Ermənistanda həqiqəti söyləyən və öz hüquqlarını tələb edən insanlar daima təqibdədirlər. Ermənistanda milli azlıqların hüquqlarını müdafiə etdiyinə görə Sultanyanın cinayət məsuliyyətinə cəlb olunması Birləşmiş Millətlər Təşkilatının da diqqətindən kənarda qalmayıb. BMT insan haqları müdafiəçiləri bəyan ediblər ki, hökumət Saşik Sultanyana qarşı təzyiqləri dayandırmalıdır. Ekspertlərə görə isə Sultanyan fəaliyyətini Soro
Back to Top