Ermənistan parlamentində Qarabağa görə dava - deputatı zorla uzaqlaşdırıblar

Bu gün Ermənistanda parlamentin qapalı iclasında müxalif “Hayastan“ fraksiyasının üzvü Geğam Manukyanı Milli Məclis təhlükəsizlik xidmətinin əməkdaşları zorla tribunadan aparıblar. Daşnaksutyun Partiyasının təmsilçisi olan Manukyan öz çıxışında bəyan edib ki, “Artsaxı dananlar satqındır. Necə ki, məndən qabaq çıxış edənin bu yaxınlarda informasiya vasitələri qarşısında Artsaxı dandığını deyən - satqındır”. Manukyanın bu sözlərindən sonra iclasa sədrlik edən parlament sədrinin müavini Ruben Rubinyan onun sözünü kəsib, Milli Məclisin etika qaydalarını pozmamağa çağırıb və soruşub: “Siz indi kimi satqın adlandırırdınız, adını deyin“. Manukyan deyib ki, Vigen Xaçatryanın bu barədə dediklərini sitat gətirə bilər. İclasa sədrlik edən Rubinyan yenə Manukyanın sözünü yarımçıq qoyaraq deyib: “Deməli, siz Vigen Xaçatryanı satqın adlandırırsınız?“. Söhbət iqtidar Vətəndaş Müqaviləsi fraksiyasının üzvü bir Vigen Xaçatryandan gedir. Bir neçə gün bundan əvvəl Vigen Xaçatryan Qarabağ mövzusunda müzakirə zamanı dey
Back to Top