Paşinyanın sülh çağırışının pərdəarxası - BAKU TV

Paşinyanın sülh çağırışının pərdəarxası - BAKU TV Ukrayna - Rusiya münaqişəsinin son xəbərləri: Dünyanın başının Ukrayna böhranına qarışdığı bir vaxtda Ermənistan parlamentində Azərbaycanla sülh məsələsi müzakirə olunur. Qalmaqallı Baş nazir sülh göyərçini obrazına bürünərək yenidən açıqlamaları ilə gündəmi zəbt edir. Ermənistan daxilində belə bir düşüncə var ki, Paşinyan hər vəchlə Azərbaycanla razılığa gəlmək istəsə də, ona tabe olmayan “Qarabağ klanı” müsbətə doğru başlanacaq bütün prosesləri əngəlləməyə çalışır. Qarabağda gedən proseslərə də diqqət yetirdikdə görürük ki, Baş nazir nə vaxt sülhlə bağlı çıxışlar edirsə, erməni silahlıları Qarabağda, Tovuz ərazisində silahlı insident yaradırlar. Azərbaycanın 44 günlük Qarabağ zəfərindən sonra Ermənistanın hazırkı hökuməti ilə müxalifət nümayəndələrinin ulduzu barışmır. Tərəflər bir-birini vətənə xəyanətdə ittiham edir. Bir neçə həftə öncə isə Nikol Paşinyan onu xain adlandıran “Ermənistan” və “Mənim şərəfim var” partiyasının üzvlər
Back to Top