Ermənistanda Paşinyana qarşı aksiyalar: polis etirazçıları saxlayır

Ermənistanda aksiyalar. 200-dək saxlanan var Aprelin 30-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti “ölkədə real kütləvi iğtişaş təhdidi“ ilə bağlı xəbərdarlıq səsləndirib. Polisin son məlumatına görə, bu gün səhərdən Yerevanın mərkəzində nəqliyyatın hərəkətini dayandırmağa çalışan və həbs edilən müxalifət tərəfdarlarının sayı 189 nəfərə çatıb. “Ayastan” blokundan İşxan Saqatelyan jurnalistlərə deyib ki, “mübarizə dayanmayacaq, hər şey plan üzrə, xalqın tələbinə uyğun gedir”. Müxalifət 200-dən çox etirazçının saxlandığını bildirir. Saqatelyan çoxsaylı zorakılıq hallarının baş verdiyini deyib. Polis isə Ermənistan paytaxtında nəqliyyatın hərəkətinin bərpa olunduğunu açıqlayıb. “Hazırda yolların hamısı hərəkət üçün açıqdır”, – polis bildirir.
Back to Top