Erməni arxiyepiskop od püskürdü - BAKU TV

“Paşinyan hələ də Apostol Pavelin arxasında gizlənir, o, Allahdan qorxmur, insanlardan utanmır”. Bunu Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan “24 TV” “YouTube” kanalının efirində deyib. Yepiskopun sözlərinə görə, Baş nazir Nikol Paşinyan bu ölkənin xoşbəxtliyini əlindən alıb. “Paşinyan məsuliyyət nümayiş etdirib vəzifəsindən getməli idi. Hazırkı hökumət ölkənin ciddi problemlərini həll etmək əvəzinə, başqa əhəmiyyətsiz məsələlərlə məşğuldur. Sentyabr döyüşlərindən sonra biz hələ də qurbanların dəqiq sayını bilmirik. Doğruları insanlardan gizlədirlər. Müdafiə naziri isə bu məsələlərdə himayədarlıq etdi. Onlar yalnız ciblərini doldururlar. Yaşananları gördükdə məndə belə bir sual yaranır: gecələr rahat yata bilirsinizmi?!” Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında problemlər yaranıb. Ermənistanda kilsə hər zaman siyasətə qarışıb. Hətta siyasi elitada əsas söz sahibinə çevirilib. Abunə ol: Erməni arxiyepiskop od püskürdü - BAKU TV ***** ℗ 2022 - 2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC Erməni arxiyepiskop od püskürdü - BAKU TV *****
Back to Top