BMT-də Azərbaycanın iddiası əsasında məhkəmə dinləmələri olacaq - Baku TV

BMT-də Azərbaycanın iddiası əsasında məhkəmə dinləmələri olacaq - Baku TV BMT-nin Beynəlxalq Məhkəməsində oktyabrın 18-də və 19-da Azərbaycanın Ermənistana qarşı iddia qaldırdığı “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında“ Beynəlxalq Konvensiyanın pozulması ilə bağlı məhkəmə prosesləri üzrə dinləmələr keçiriləcək. Beynəlxalq Məhkəmənin mətbuat xidmətinin yaydığı məlumata əsasən, qeyd olunan tarixlərdə keçiriləcək dinləmələr Azərbaycan tərəfindən irəli sürülən müvəqqəti tədbirlərin tətbiqinin tələbi ilə bağlı olacaq. Qeyd edək ki, sentyabrın 24-də Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında“ Beynəlxalq Konvensiyaya uyğun olaraq BMT-nin Beynəlxalq Məhkəməsində Ermənistana qarşı iddia qaldırıb. İddiada Azərbaycan torpaqlarının Ermənistanın işğalı müddətində davam edən və işğaldan sonrakı aylarda yaranmış irqi ayrı-seçkilik ittihamları yer alıb. Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rə
Back to Top