26 yanvar 2023-cü il tarixində Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – QAYIDIŞ KONSEPSİYASI qəbul edildi. Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
Konsepsiya ilə həyata keçiriləcək fəaliyyətin əsas məqsəd və prinsipləri aşağıdakılardır:
- İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi;
- Geriyə qayıtma prosesinin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınması;
- Geriyə qayıtmış əhalinin yenidən qovulmasına, onlara qarşı hər hansı ayrı-seçkilik həyata keçirilməsinə və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlıq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi;
- Beynəlxalq nəzarət altında yenidənqurma və barışıq tədbirlərinin həyata keçirilməsi yolu ilə, geriyə qayıtmış insanların davamlı reabilitasiya və re-inteqrasiyasının təmin edilməsi.
Qayıdışın beynəlxalq hüquqi çərçivəsinin formalaşdırılması üçün İcma Azərbaycan Respublikası hökuməti, Ermənistan Respublikası hökuməti, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər, region ölkələri və digər aidiyyəti dövlətlər və təşkilatlar ilə təmaslara başlayacaq. Qayıdış prosesinin nizamlı və effektiv şəkildə həyata keçirmək məqsədilə müvafiq beynəlxalq icraçı tərəfdaş tapmaq üçün səy göstəriləcək və bu tərəfdaşın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının olmasına üstünlük veriləcək. Ermənistan hökuməti azərbaycanlılara məxsus mülkiyyətin və icma torpaqlarının qaytarılmasını təmin etməli, mülkiyyətə vurulmuş zərərə və mülkiyyətdən istifadənin qarşısının alınmasına görə yaranmış itkilərə görə kompensasiya ödəməlidir. İcma əhali öz vətəninə qayıtdıqdan sonra da təşkilat kimi öz fəaliyyətini, o cümlədən orada yaşayacaq azərbaycanlıların maraqları, hüquqları, inkişafı və təhlükəsizliyinin təmin edilməsi üzrə mütəşəkkil səylərini, bu məqsədlə, Azərbaycan Respublikası, xarici dövlətlər və beynəlxalq təşkilatlar, eləcə də Ermənistan hökuməti ilə və Ermənistan ictimaiyyəti ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirmək niyyətindədir.
Ermənilər vandalizm törədərək İrəvandakı abidlərimizi dağıdıblar, lakin müxtəlif faktlar - sənədlər, xəritələr qalmaqdadır. Qərbi Azərbaycanın elmi irsi araşdırılmalı, mədəniyyətini dünyaya tanıtmaq üçün fəal işlər görülməlidir. Bunun üçün hər kəs bacardığı işi layiqincə yerinə yetirməlidir, gənc nəslin tarixi yaddaşı gücləndirilməlidir.
1 view
7
1
2 months ago 00:03:38 1
İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul etdi
2 months ago 00:00:49 1
Bərdənin Ermənistan tərəfindən raket hücumuna məruz qalmasından 4 il ötür
2 months ago 00:03:13 3
Paşinyan mətbuata hansı açıqlamaları verdi? | BRICS sammitində yaddaqalan məqamlar
2 months ago 00:01:42 1
Qubadlının azad olunduğu gün | İlham Əliyev paylaşım etdi
2 months ago 00:09:43 2
Ermənistan təkcə Mehridəki yox, ikinci dəhlizin açılması ilə bağlı da üzərinə öhdəlik götürüb
2 months ago 00:00:54 1
Prezident İlham Əliyev “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzində
2 months ago 00:01:08 1
Ankarada silahlı insidentin törədildiyi yerdən son görüntülər | Ölən və yaralanan var
2 months ago 00:01:08 2
Putinin Kazandakı iclasda çıxışı | İştirakçı ölkələr bunun tərəfdarıdır ki...
2 months ago 00:00:45 2
Laçının Çalbayır yaylağından füsunkar görüntülər | Möhtəşəm mənzərə
2 months ago 00:01:25 2
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən dörd il keçir
2 months ago 00:01:17 1
Baydenin xüsusi köməkçisi İlham Əliyevin qəbulunda | Nələr müzakirə olundu?
2 months ago 00:00:53 1
Putin, başının üstündə olanları dağıdaram | Tramp özünü gicbəsər adlandırdı
2 months ago 00:00:49 1
Oktyabrın 21-i Mincivan qəsəbəsinin işğaldan azad olunmasının ildönümüdür
2 months ago 00:14:45 1
Qafqazda olan türk damğaları Altayda tapılanlardan 1400 il qədimdir | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
2 months ago 00:02:22 1
Həmyerlilərimiz bu ölkənin hakimiyyətindən razıdır | Hər şey edirlər daha bizə nə lazımdır?
2 months ago 00:03:57 1
Vardanyanlar üçün səfərbər olanlar kimlərdir? | Ağ Ev idarəetməni itirir
2 months ago 00:04:05 1
İctimaiyyətə bu zonalara giriş pulsuz olacaq | COP29-la bağlı işlər yekunlaşır
2 months ago 00:00:51 1
Mirzoyandan Gümrü-Qars dəmir yolu ilə bağlı mühüm açıqlama | Detallar üzə çıxdı
2 months ago 00:03:12 1
Ermənilər orduya getməkdən boyun qaçırır | Paşinyan Qərbdən aldığı silahları işə salmaq istəyir?
2 months ago 00:01:43 2
Ceyhun Bayramov Zəngəzur dəhlizindən danışdı | Hansı məsələlərin vacibliyi vurğulandı?
2 months ago 00:04:21 1
Qələbəyə gedən yol - Məngələnata dağı | Füzuli əməliyyatının xüsusi önəmi
2 months ago 00:05:20 1
İlham Əliyev Bakı Olimpiya Stadionunda | COP29-la bağlı hazırlıqlar
2 months ago 00:16:50 1
Xristianlıq dövrü abidələrimizə sahib çıxa bilmədik deyə, ermənilər öz adlarına çıxdılar
2 months ago 00:03:25 1
İslam dünyasını 3 yerə bölən savaş | Xamenei və Sistaniyə mane olan nədir?