Azərbaycanın erməni vəhşiliyini ifşa etmək üçün yaxşı imkanı - Baku TV

Azərbaycanın erməni vəhşiliyini ifşa etmək üçün yaxşı imkanı - Baku TV 44 günlük Vətən müharibəsindən sonra qarşıda duran mühüm strateji vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin yenidən bərpasıdır. 30 ilə yaxın vətən həsrəti çəkən azərbaycanlıların doğma ata-baba yurdlarına qayıtmasını təmin etməkdir. Rəsmi Bakının tələbi ilə Ermənistandan mina xəritələrinin alınması da bu istiqamətdə atılan önəmli addımlardandır. Bu xəritələrin əldə edilməsi ərazilərin minalardan təmizlənməsini sürətləndirməklə yanaşı, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesinə də mühüm təkan verir. Bu xüsusda Azərbaycanla BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında aparılan müzakirələr mühüm əhəmiyyət daşıyır. Missiyanın həyata keçirilməsi erməni vandalizminin və terrorunun dünyaya çatdırılmasında da böyük rol oynayır. Sadalananlardan belə qənaətə gəlmək olar ki, dünyanın ən böyük təşkilatı olan BMT-nin və onun Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycana dəstəyi azad olunan ərazilərdə vətəndaşların lay
Back to Top