Qərbi Azərbaycanın 200 illik vandallığa məruz qalan tarixi | Ermənilərin toxunmadığı abidə
Qərbi Azərbaycanın 200 illik vandallığa məruz qalan tarixi | Ermənilərin toxunmadığı abidə
Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın XX əsrdə mərhələlərlə davam etmiş deportasiyasından sonra bu ərazilərdəki tarixi abidələrimiz ya mənimsənilib, ya da dağıdılıb.
30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycandakı mədəni irsimiz də soyqırımına məruz qalıb.
Qərbi Azərbaycan İcmasının Sədri Əziz Ələkbərli bildirib ki, sovet dönəmində bu ərazidə lazımi səviyyədə arxeoloji qazıntılar aparılıb: “Mədəni irsimiz xalqımıza tanıdılmayıb. Ermənilərə bu sərf etməyib, çünki qazıntılar zamanı onlara aydın olurdu ki, tapılan tapıntıların onlara heç bir aidiyyəti yoxdur. 200 il əvvəldən irəliyə bu coğrafiyanın böyük bir hissəsində, ümumiyyətlə, ermənilər yaşamadığı üçün onların sözügedən ərazidəki qədim abidələrə iddia etmək imkanı da yoxdur”.
30 ilə yaxın işğaldan sonra azad edilən Qarabağ və Şərqi Zəngəzurda erməni vandallığının şahidi olduq. Tarixi və dini abidələr məhv edilib, qəbiristanlıqlar dağıdılıb. Bu, erməni vəhşiliyinin 30 illik fəaliyyətidir. Qərbi Azərbaycandakı mədəni irsimiz isə 200 ildən çoxdur vandallığa məruz qalır. Təkcə İrəvanda olan 12 məsciddən 11-i tamamilə dağıdılıb. Qalan bir məscidi isə ermənilər məqsədli şəkildə saxlayıblar.
İndiki Ermənistan ərazisində xalqımıza məxsus 3500 tarix və mədəniyyət abidəsi, 500-dən çox qəbiristanlıq, 391 məscid qəddarlıqla dağıdılıb, tamamilə yox edilib.
Bizi WhatsApp-da izləyin
ARZUNUN VAXTI ➧
QAPQARA ➧
AYDIN TARİX ➧
ORALARDA NECƏDİR? ➧
O VAXTLAR ➧
SONUNCU ŞAHİD ➧
BAKU ANALİTİK ➧
BAKU MED ➧
RƏSMİLƏR ➧
BAKU AKTUAL ➧
RETRO BAKU ➧
ARAŞDIRMA ➧
44 GÜN ƏSGƏR RƏŞADLA ➧
QARABAĞ XRONİKASI ➧
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧
Qərbi Azərbaycanın 200 illik vandallığa məruz qalan tarixi | Ermənilərin toxunmadığı abidə
2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™
#bakutv #qərbiazərbaycan #abidə #azərbaycanirsi #abidələr #arxeolojiqazıntılar #əzizələkbərli #erməni #ermənilər #zəngəzur #qarabağ #məscid