Hərbçilərimizin Minskdəki paradda iştirakından qürurverici anlar

Hərbçilərimizin Minskdəki paradda iştirakından qürurverici anlar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli mərasimdə fəxri qonaq qismində iştirak edib. Müdafiə Nazirliyindən bildirilib ki, sonra nazir Minsk şəhərində keçirilən müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri ilə yanaşı, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun da qatıldığı hərbi paradı izləyib. Daha sonra Qələbə meydanı ziyarət olunub. Nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Qələbə abidəsinin önünə gül dəstələri qoyulub. Belarus Milli Kitabxanasında Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib. İclasda hərbi əməkdaşlığın cari vəziyyəti və qarşıda duran məsələlər müzakirə olunub. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Hərbçilərimizin Minskdəki paradda iştirakından qürurverici anlar 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #belarus #minsk #hərbçi #müstəqillikgünü #parad #lukaşenko #azərbaycanhərbçiləri #aleksandrlukaşenko
Back to Top