Xarici ölkə ərazisində qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşları həbs edilmişlər
Dövlət Təhlükəsizliyi Xidmətində aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşlarından ibarət, ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə qeyri-leqal yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçdikdən sonra həmin dövlətin İdlib şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlərə cəlb olunaraq müxtəlif növ odlu silahlardan istifadə qaydalarına yiyələnmiş, “Taifatul Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşlərdə iştirak etmiş sabit qrupun üzvləri müəyyən olunmuş və barələrində beynəlxalq axtarış elan edilmişdir.
Başlanılmış cinayət işi üzrə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə yuxarıda qeyd olunan cinayət əməllərini törətmiş 13 nəfər Azərbaycan Respublikası vətəndaşının - Abdullayev Şəmil Töhüd oğlu, Ağamətov Murad Əlibala oğlu, Quliyev Murad Firudin oğlu, Rüstəmov Fərhad İsə oğlu, Sultanov Sultan İdris oğlu, Hüseynov Nəcməddin Nəzir oğlu, Mahmudov Hikmət Sahib oğlu, Əliyev Mais Telman oğlu, İsmayılov İsmayıl Aydın oğlu, Babayev Şəhriyar Rahim oğlu, Muradov Hacı Arif oğlu, Baxışov Əlövsər Əlisafa oğlu və Əsədov İntiqam Şirin oğlunun xarici ölkə ərazisində gizləndikləri yerlər müəyyənləşdirilmiş və onlar beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində müvafiq tədbirlərlə saxlanılaraq Azərbaycan Respublikasına gətirilmişlər.
Sözügedən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
69 views
0
0
3 months ago 00:09:43 2
İran Rusiyaya qarşı: Zəngəzur dəhlizi necə olacaq?
4 months ago 00:01:08 1
Moskva-İrəvan münasibətləri getdikcə pisləşir | Nikolu qəzəbləndirən məsələ
4 months ago 00:04:23 3
Müstəqilliyimizin milli yüksəliş, rifah və tərəqqi dövrü
6 months ago 00:03:45 2
Putinin Şimali Koreyada qarşılanma mərasimindən görüntülər
7 months ago 00:02:36 1
Paşinyan Kremli niyə əsəbiləşdirdi? | Rusiya XİN-dən açıqlama
1 year ago 00:02:17 1
İlham Aliyev Doğum günü
1 year ago 00:03:51 21
Rusiyalı bloger Bakıda hava limanında çətin anlar yaşadı
1 year ago 00:07:13 2
Prezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib.
1 year ago 00:25:26 1
Səxavət Məmmədov Tar - Ad Libitum
2 years ago 00:06:36 69
Xarici ölkə ərazisində qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşları həbs edilmişlər
2 years ago 00:05:52 1
Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər ifşa edilmişlər.
2 years ago 00:00:31 1
Ceyhun Bayramovla Fransa XİN başçısının görüşü - BAKU TV
2 years ago 00:51:11 7
Anar Həsənov: Avropa tvitlə, Rusiya isə ordusu ilə ermənilərə dəstək verir
2 years ago 00:05:47 8
ERMƏNİLƏR: TURKLƏR BİZİ ACLIQDAN XİLAS ETDİ! NƏ OLURSA OLSUN TÜRKƏ YARDIM ETMƏK OLMAZ!
2 years ago 00:01:46 7
İrana casusluq edən azərbaycanlı saxlanıldı - BAKU TV ()
2 years ago 00:02:35 6
Erməni fəal ölkə rəhbərini tənqid etdi - BAKU TV
2 years ago 00:02:03 6
Rusiya Ukraynaya təzminat ödəyəcək - BAKU TV
2 years ago 00:03:17 6
Soçi görüşünün gizlin mesajları - BAKU TV
2 years ago 00:01:12 14
Rusiyalılar ölkəni tərk etməyə davam edir - BAKU TV
2 years ago 00:02:05 10
Ermənilərdən Putinə etiraz - BAKU TV
3 years ago 00:01:52 15
“ Rossiya 1 “ Qarabağda reportaj hazırlayıb - BAKU TV
3 years ago 00:02:36 4
Delimitasiya Ermənistanı niyə narahat edir? - BAKU TV
3 years ago 00:00:46 3
Bakıda xarici ölkə vətəndaşları olan TIR sürücülərini dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb