Rusiyalı bloger Bakıda hava limanında çətin anlar yaşadı

Rusiyalı bloger Bakıda hava limanında çətin anlar yaşadı Ailəsi ilə birlikdə Azərbaycana gələn turist vətəninə geri qayıda bilməyib. Rusiyalı blogerə ölkədən çıxışına məhdudiyyətin qoyulduğuna görə hava limanında gözləməli olduğu bildirilib. O, bu anları göz yaşları içində çəkərək sosial şəbəkə hesabında paylaşıb. Məlum olub ki, blogerin ölkədən çıxışına qoyulan məhdudiyyət onun şəxsi telefonu ilə bağlı olub. “AzInTelecom” MMC-nin şöbə müdiri İlkin Əhmədli bildirib ki, xarici ölkə vətəndaşı Azərbaycana gələn zaman xarici ölkə mobil operatoruna məxsus nömrə ilə fasiləsiz xidmət ala bilər: “Lakin yerli mobil operatorlara məxsus mobil nömrəni taxdığı zaman artıq 30 gün müddətinə sərbəst olaraq istifadə edə biləcəklər. 30 gün bitdikdən sonra cihaz qeydiyyatdan keçirilməzsə, bu halda şəbəkədən istifadə dayandırılır”. Bu halda turistin ölkədən çıxışına da məhdudiyyət qoyulur. Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Rusiya vətəndaşı Filina Saxiba ölkəsindən Azərbaycana gələn zaman ona məxsus mobil telefonu 2023-cü il sentyabrın 4-də buradan çıxaracağına dair öhdəlik götürərək müvəqqəti qeydiyyat şərti ilə sadələşdirilmiş bəyannamə üzrə rəsmiləşdirib. Lakin göstərilən müddət başa çatsa da, bəyan edilən mobil telefonun Azərbaycandan çıxarılması və ya müvəqqəti qeydiyyat müddətinin uzadılması ilə bağlı heç bir tədbir görülməyib. Buna görə də blogerdən izahat alınıb və diqqətsizlik ucbatından mobil telefonun ölkə ərazisində qalma müddətini nəzərə almadığını, qanunvericilik çərçivəsində görüləcək tədbirlərə etiraz etmədiyini bildirib. Sonda müvafiq inzibati cəriməni ödəməklə ölkədən çıxışına qoyulan məhdudiyyət də aradan qaldırılıb. Bizi WhatsApp-da izləyin Arzunun vaxtı ↵ Qapqara ↵ Aydın tarix ↵ Rusiyalı bloger Bakıda hava limanında çətin anlar yaşadı Rusiyalı bloger Bakıda hava limanında çətin anlar yaşadı 2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #turist #rusiyalıbloger #havalimanı #Bakı #çətinanlar #bakutv #bakutvxəbər #bakutvxəbərlər #bakutvxeberler #bakutvxeber #sonxeberler #sonxəbərlər #gundemxeberler #xəbərləryeni #xəbərlərdəbugün #gününxəbərləri #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #xeberlersondeqiqe2023 #ensonxeberler2023bugün #бакутв #украина #россия #aрмения #азербайджан #новости #news
Back to Top