Putin Paşinyanın zənglərinə cavab verməyib - Baku TV

Putin Paşinyanın zənglərinə cavab verməyib - Baku TV Gorus-Qafan avtomobil yolunun bağlanmasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan iki gün Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamağa çalışıb. Bu barədə məlumat Ermənistan mediasında yayılıb. Xəbərdə qeyd olunur ki, Paşinyan iki gün ərzində Moskvaya çoxsaylı zənglər etsə də, Putinlə danışa bilməyib. Bununla da Putin Paşinyana sərhəd məsələsinin Moskvanın icazəsi olmadan həll edilə bilməyəcəyi mesajını verib. Qeyd edək ki, avqustun 25-i saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb. Sərhədçiyə hücumdan sonra Azərbaycan ərazinin təmizlənməs
Back to Top