Paşinyan növbəti dəfə yalan danışdı - Baku TV

Paşinyan növbəti dəfə yalan danışdı - Baku TV Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub. Lakin Ermənistan Baş nazirinin mətbuat xidməti yenə də telefon danışığı barədə yaydığı məlumatda erməni tərəfinə sərf edən cümlələr işlədib. O fikirlər ki, Kremlin yaydığı məlumatda yoxdur. Məlumatda bildirilib ki, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatları çərçivəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi məsələləri, o cümlədən əsirlərin qaytarılması və regionda yolların fəaliyyətinin bərpası müzakirə olunub. “Həmçinin məlumatda tərəflər ATƏT-in Minsk qrupunun fəaliyyətinin əhəmiyyətini qeyd ediblər” cümləsi işlənib. Halbuki Kremlin rəsmi məlumatında danışıq zamanı “Minsk qrupunun fəaliyyətinin əhəmiyyəti” barədə heç nə deyilmir və Paşinyanın mətbuat xidməti bu məqamı da uydurub. Ermənistan mediasında Vladimir Putin və Nikol Paşinyanın telefon danışığı barəsində yazılanlardan daha bir məqam diqqət çə
Back to Top