Ermənistan Müdafiə Nazirliyi Bakıdakı əsirlər barədə məlumat yaydı - Baku TV
Ermənistan Müdafiə Nazirliyi Bakıdakı əsirlər barədə məlumat yaydı - Baku TV
Ermənistan Müdafiə Nazirliyi sərhəddəki təxribat nəticəsində Azərbaycan tərəfinə əsir düşən 13 erməni hərbçidən birinin yaralı olduğunu və hazırda Bakıda hospitala yerləşdirildiyini açıqlayıb.
Nazirlik bu məlumatı general-leytenant Rüstəm Muradovun Bakıdan İrəvana qayıtmasından sonra yayıb.
“O, elə vəziyyətdədir ki, indi onu daşımaq mümkün deyil və böyük ehtimalla Azərbaycanda əməliyyat olunacaq”, - deyə Ermənistan Müdafiə Nazirliyi yaralı hərbçi barədə bildirib.
Boris Avaqyan qeyd edib ki, Rusiya tərəfinin vasitəçiliyi ilə əsirlərin qaytarılması istiqamətində iş aparılır. Ermənistan bu məsələnin müsbət yekunlaşacağına ümid edir.
Qeyd edək ki, noyabrın 17-də general-leytenant Rüstəm Muradovun vasitəçiliyi ilə Bakıdan İrəvana Ermənistan-Azərbaycan sərhədindəki döyüşlər zamanı məhv edilmiş bir hərbçinin cənazəsi aparılıb.
________________________________
Pulsuz Elanlar:
Website:
Bizi
5 views
11
4
2 months ago 00:01:37 2
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
2 months ago 00:03:12 1
Ermənilər orduya getməkdən boyun qaçırır | Paşinyan Qərbdən aldığı silahları işə salmaq istəyir?
2 months ago 00:01:15 1
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb