Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər ifşa edilmişlər.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks araşdırmalar davam etdirilir.
Görülən tədbirlər nəticəsində üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə və Azərbaycanda terror-təxribat əməllərinin törədilməsini planlaşdırmaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlunun saxlanılaraq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuşdur.
Müəyyən edilmişdir ki, Rəşad Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla adıçəkilən ölkənin xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirmişdir.
Rəşad Əhmədov ona verilən tapşırıqlar əsasında cəlb etdiyi 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlu və digər şəxslərlə birgə ölkəmizdə etnik və dini zəmində düşmənçilik salınmasına və Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlamışdır. Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılmış və onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən “Youtube” kanalları və digər sosial şəbəbəkələrdə paylaşılmışdır.
Rəşad Əhmədov Ermənistan xüsusi xidmət orqanlarının himayəsi altında Yerevan Dövlət Universitetində kafedra rəhbəri Qarnik Asatryan və qeyrilərinin xüsusi olaraq məqsədyönlü şəkildə tərtib etdikləri Azərbaycan Respublikası ərazilərinin parçalanmış şəkildə təsvir olunduğu 200 ədəd saxta xəritəni etnik separatizm məqsədilə Azərbaycan Respublikası vətəndaşları arasında yayılmasını təşkil etmişdir.
Bundan başqa, Rəşad Əhmədov Azərbaycan Respublikası vətəndaşlarının guya etnik və dini zəmində iğtişaşlar törətmək niyyətini nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının ərazisində partlayış, yanğın və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan hərəkətlərin planlaşdırılması, terror aktları törətməyə razılıq verəcək şəxslərin müəyyən edilməsi, onların birgə cinayətkar fəaliyyətə cəlb olunması və terror-təxribat əməllərinin hazırlanması istiqamətində ona verilmiş digər tapşırıqları da icra etmişdir.
Əhmədov Rəşad Əhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 28, 214.1 (terrorçuluğa hazırlıq) və ü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar), Əmirov Rövşən Musa oğlu 274 (dövlətə xəyanət) və ü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə araşdırmalar davam etdirilir.
1 view
445
108
4 weeks ago 00:01:37 2
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
2 months ago 00:01:15 1
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb
2 months ago 00:09:13 1
Azərbaycanın dünyaya nümayiş etdirdiyi effektiv hərbi strategiya | Qarabağ Xronikası 147
2 months ago 00:02:45 1
Vaşinqtonun göstərişi ilə hədəf oxları Azərbaycana tuşlandı | Yeni nüanslar
3 months ago 00:04:23 3
Müstəqilliyimizin milli yüksəliş, rifah və tərəqqi dövrü
4 months ago 00:04:12 5
Azərbaycanla Ermənistan arasında müharibəni başladan SON DAMLA – 5 il əvvəl nələr oldu?
5 months ago 00:00:38 3
Azərbaycanın müdafiə naziri Çinin hərbi nümayəndə heyəti ilə görüşüb
7 months ago 00:17:05 1
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər
7 months ago 00:01:03 3
Erməni mediasından qalmaqallı görüntülər | Ermənistan təcili açıqlama yaydı
9 months ago 00:02:39 1
Fransanın casuslarına daha bir zərbə
9 months ago 00:04:25 1
Moskvada beynəlxalq forumda azərbaycanlı millət vəkili Ermənistan təmsilçisini susdurub
1 year ago 01:01:02 3
Nicat İmran: Rusiyanın Ermənistan və Azərbaycanın dövlət kimi təşəkkül tapmasında rolu var (#307)
2 years ago 00:05:52 1
Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər ifşa edilmişlər.
2 years ago 00:07:24 7
Qarabağ erməniləri Azərbaycan əsgərinin yolunu gözləyir?
2 years ago 00:03:39 2
Zəfərə gedən yol: APREL DÖYÜŞLƏRİ
2 years ago 00:06:12 6
Azərbaycanlı olub azərbaycanlılara zülm edən Pəhləvilər hakimiyyətə gətirilir?
2 years ago 00:05:50 6
Rövşən Məmmədov I Ermənistan Rusiyanı satmasının cəzasını çox ağlır çəkəcək: haylar qorxu içində
2 years ago 02:22:32 4
Ermənistan sülhə qarşı: haylar müharibə arzusundadırlar I “HƏFTƏ” Rövşən Məmmədovun təqdimatında
2 years ago 00:02:06 11
Ermənilər rusları düşmən elan etdilər
2 years ago 00:03:48 10
Dmitri Solonnikov: Vardanyan Azərbaycanın qızıl mədənlərini talayaraq xərclədiyi pulları çıxarır
2 years ago 00:07:59 6
Rusiya sülhməramlılarının erməni şousuna Azərbaycan nə cavab verəcək?
2 years ago 00:08:08 5
Sülhməramlılarla İTV-nin jurnalistinin qarşıdurması | SON DƏQİQƏ
2 years ago 00:04:58 5
Laçında məhv edilən erməni postundan “İTV Xəbər”in xüsusi reportajı
2 years ago 00:03:56 5
Rövşən Məmmədov I İlk addımı Ermənistan atmalıdır - Lukaşenko Paşinyanı “başa saldı“