Paşinyan Azərbaycanla əldə olunan razılaşmadan danışdı | Baku TV |

Paşinyan Azərbaycanla əldə olunan razılaşmadan danışdı | Baku TV | Azərbaycan və Ermənistan Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılığa gəlib. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında məlumat verib. Nikol Paşinyanın sözlərinə görə, bu barədə razılıq üçtərəfli işçi qrupunun Ermənistan, Rusiya və Azərbaycan baş nazirinin müavininin görüşləri zamanı əldə olunub və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə keçirilən üçtərəfli görüş zamanı müəyyən edilib. O, həmçinin qeyd edib ki, yaxın vaxtlarda bu məsələnin həllinə köklənmək lazımdır. Ermənistanın Baş naziri gündəlikdəki ikitərəfli məsələlər barədə təmasların Prezident İlham Əliyevlə davam etdirilməsi barədə razılıq əldə edildiyini də vurğulayıb. Nikol Paşinyan bildirib ki, tərəflər ümumi razılaşma və baxış bucağı formalaşdırmaq, həmçinin fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar. *************** Baku TV 2018-ci ilin fevral ayında xəbər kanalı kimi fəaliyyətə başlayıb. Kana
Back to Top