Paşinyan: Azərbaycan bizimlə Qarabağı müzakirə etmir - BAKU TV

Paşinyan: Azərbaycan bizimlə Qarabağı müzakirə etmir - BAKU TV Aktual xəbərlərimiz Azərbaycan Ermənistanla Qarabağ məsələsini müzakirə etməkdən imtina edir. Azərbaycan bu qərarını Qarabağın Azərbaycanın daxili işi olması ilə əsaslandırıb. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. O vurğulayıb ki, Ermənistan üçün Azərbaycanla qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanımaq məqbuldur. Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışı zamanı ölkəsinin silahlı qüvvələrinin sentyabrın 12-də Azərbaycanla sərhəddəki hərbi toqquşmalarda itki verdiyini etiraf edib. O, 49 erməni hərbçisinin həlak olduğunu və bunun yekun rəqəm olmadığını deyib. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Paşinyan: Azərbaycan bizimlə Qarabağı müzakirə etmir #Pasinyan #Azerbaycan #Qarabagımuzakireetmir #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər #qarabag #qarabagda #veziyyet #qarabağda #vəziyyət
Back to Top