Mühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat

Mühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat Azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində cari il ərzində 15620 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib. İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 29113 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10185 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10445 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Əsas səylərin azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldildiyi mina təmizlənmə işlərində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamında olan qardaş Türkiyədən alınmış “MEMATT“ (Mexaniki Mina Təmizləmə Təchizatı) texnikası da cəlb edilib. Azad edilən ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir. ____ Информация о деятельности инженерных войск В результате деятельности инженерно-сапёрных подразделений Азербайджанской Армии на освобожденных территориях в нынешнем году было полностью очищено от мин и неразорвавшихся боеприпасов до 15 620 гектаров земли. На сегодняшний день на освобожденных территориях инженерно-сапёрными подразделениями очищено от мин и неразорвавшихся боеприпасов более 29113 гектаров земли. В целом, было обнаружено и уничтожено 10185 единиц противопехотных, 2580 единиц противотанковых и 10445 единиц неразорвавшихся боеприпасов. Основные усилия направлены на разминирование населенных пунктов, посевных площадей, дорог и инфраструктурных объектов на освобожденных территориях. В работах по разминированию также задействована находящаяся в распоряжении инженерно-сапёрных подразделений Азербайджанской Армии техника MEMATT (механическое оборудование для разминирования) турецкого производства. На освобожденных территориях продолжаются мероприятия по инженерному обеспечению. ____ Information about the activities of the Engineering Troops As a result of the activities carried out in the liberated territories by the Azerbaijan Army’s engineer-sapper units, up to 15620 hectares of the area have been completely cleared of mines and unexploded ordnance throughout the current year. To date, more than 29113 hectares of the area in the liberated territories have been cleared of mines and unexploded ordnance by the engineer-sapper units. In total, 10185 anti-personnel mines, 2580 anti-tank mines, and 10445 unexploded ordnances have been detected and neutralized. The main efforts are aimed at demining settlements, sowing plots, roads, and infrastructure facilities in the liberated territories. MEMATT (Mechanical Mine-Clearing Equipment), which was purchased from fraternal Türkiye and transferred into the armament of Azerbaijan Army’s engineer-sapper units, is also involved in the demining work Necessary activities on engineering support continue in the liberated territories.
Back to Top