Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi keçirilir

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi keçirilir Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir. Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib. ____ Проводятся совместные учения азербайджанских и турецких военнослужащих В соответствии с соглашением о сотрудничестве в военной сфере, заключённым между Азербайджанской Республикой и Турецкой Республикой, проводятся совместные азербайджано-турецкие учения. Учения, проводимые с привлечением личного состава различных видов войск, боевой и специальной инженерно-саперной техники, а также средств военной авиации Азербайджанской Армии и Вооруженных сил Турции, охватывают город Баку и территории Астаринского, Джебраильского и Имишлинского районов. Согласно сценарию подразделения Сухопутных войск, Военно-воздушных сил, Сил специального назначения, Инженерных войск, Ракетно-артиллерийских войск Азербайджанской Армии совместно с военнослужащими Вооруженных сил Турции выполняют различные учебно-боевые задачи. На учениях с учетом способов ведения современного боя выполняются различные задачи по применению артиллерии, авиации и других видов войск в военных операциях, организации слаженности, наведению понтонных мостов через реки для проделывания проходов, а также высадке десанта в глубину условного противника. Основное внимание в ходе совместных учениях уделено обеспечению боевой слаженности при взаимодействии войск, совершенствованию управления, обмену опытом и повышению профессионализма личного состава. ____ Joint exercises of Azerbaijani and Turkish servicemen are conducted Azerbaijani-Turkish joint exercises are being held in accordance with the agreement on cooperation in the military field signed between the Republic of Azerbaijan and the Republic of Türkiye. The exercises involving the military personnel of different types of troops, combat and special engineer-sapper equipment, as well as military aviation vehicles of the Azerbaijan Army and the Turkish Armed Forces are being held in Baku city, as well as the territories of Astara, Jabrayil and Imishli regions. According to the scenario, units of the Land Forces, Air Force, Special Forces, Engineering Troops, Rocket and Artillery Troops of the Azerbaijan Army are performing various exercises and combat tasks together with the servicemen of the Turkish Armed Forces. In the exercises, using modern combat methods, applying artillery, aviation and other types of troops in military operations, organizing their activities in interoperability, building pontoon bridges to open a passage over rivers, landing paratroopers into the depths of imaginary enemy, various tasks are also being accomplished. The main focus of the exercises is on ensuring combat coordination during the interoperability of troops, improving the control, sharing experience and increasing the professionalism of military personnel.
Back to Top