Azad olunmuş ərazilərdə modul tipli yataqxanaların quraşdırılması prosesi həyata keçirilir

Azad olunmuş ərazilərdə modul tipli yataqxanaların quraşdırılması prosesi həyata keçirilir İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, sosial-məişət şəraiti və qoşun xidmətinin təşkili ilə bağlı təxirəsalınmaz tədbirlər çərçivəsində modul tipli yataqxanaların quraşdırılması prosesi həyata keçirilir. Şəxsi heyətin səhra şəraitində kompakt yerləşdirilməsi üçün nəzərdə tutulan, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilən bu modul tipli yataqxanalarda bütün infrastruktur yaradılıb. Elektrik, su və qaz xətləri çəkilən yataqxanalar tibb məntəqəsi, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə təmin olunub. Bu istiqamətdə müvafiq tədbirlər planlı şəkildə davam etdirilir. ____ На освобожденных территориях ведется процесс установки общежитий модульного типа В рамках неотложных мер по всестороннему обеспечению подра
Back to Top