Üçdik-Qırxqız-Sarıbaba yüksəklikləri erməni minalarından təmizlənir

Üçdik-Qırxqız-Sarıbaba yüksəklikləri erməni minalarından təmizlənir Laçın rayonu ərazisində dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən avqustun 15-dən bu günədək 1318 ədəd 2021-ci ildə Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Avqust ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 1275 ədəd piyada əleyhinə, 16 ədəd tank əleyhinə və 281 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 1428 hektar ərazi tam təmizlənib. Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 25760 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. 7434 ədəd piyada əleyhinə, 2207 ədəd tank əleyhinə və 9911 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir. ____ Высоты Учдик, Гырхгыз и Сарыбаба очищаются от армянских мин С 15 августа по сей день с участков, усеянных противопехотными минами, зарытыми незаконными армянскими вооруженными формированиями на уточненных позициях на территории Лачинского района, было извлечено и перевезено 1318 единиц противопехотных мин типа PMN-E, произведенных в Армении в 2021 году, и обезврежено с соблюдением правил безопасности. В августе на освобожденных территориях инженерно-сапёрными подразделениями Азербайджанской Армии было обнаружено и уничтожено 1275 единиц противопехотных, 16 единиц противотанковых и 281 единица неразорвавшихся боеприпасов, полностью очищено 1428 гектаров земли. В целом на освобожденных территориях инженерно-сапёрными подразделениями на сегодняшний день очищено от мин и неразорвавшихся боеприпасов 25760 гектаров земли. Обнаружено и уничтожено 7434 единицы противопехотных, 2207 единиц противотанковых и 9911 единиц неразорвавшихся боеприпасов. На освобожденных территориях продолжаются мероприятия по инженерному обеспечению. ____ Uchdik-Girkhgiz-Saribaba high grounds are cleared of Armenian mines From August 15 to date, 1318 PMN-E type anti-personnel mines, which were produced in Armenia in 2021 and laid by illegal Armenian armed detachments in specified positions in the territory of Lachin region, were removed and disposed of in compliance with safety regulations. During August, 1275 anti-personnel, 16 anti-tank, and 281 unexploded ordnance were detected and neutralized by Azerbaijan Army’s engineer-sapper units in the liberated territories, and 1428 hectares of territory were completely cleared. In total to date, 25760 hectares of the area in the liberated territories have been cleared of mines and unexploded ordnance by the engineer-sapper units. 7434 anti-personnel, 2207 anti-tank and 9911 unexploded ordnance were detected and neutralized. Necessary activities on engineering support are underway in the liberated territories.
Back to Top