Erməni xalqı separatçılara qarşı çıxdı - Baku TV

Erməni xalqı separatçılara qarşı çıxdı - Baku TV Baş nazir Nikol Paşinyanın verdiyi bəyanatlar Ermənistanı çalxalayıb. O, əvvəlki hakimiyyətin “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq və yalnız Ermənistanın olmalıdır” ifadəsi ilə heç vaxt razı olmadığını bildirib. Paşinyanın bu fikrinə separatçıların rəhbəri Araik Arutyunyanın cavabı gecikməyib. O, “Biz qətiyyən Azərbaycanın bir parçası olmayacayıq. Buna bizim yerimizə başqası qərar verə bilməz”, - deyə etiraz edib. Araikin bu fikirləri birmənalı qarşılanmayıb. Ermənistan xalqı həmin paylaşıma şərh yazaraq onun fikirləri ilə qətiyyən razı olmadıqlarını, bundan sonra müharibə istəmədiklərini bildiriblər. Qeyd edək ki, Paşinyan Qarabağın muxtar vilayət kimi danışıqların heç bir mərhələsində sırf Ermənistan ərazisi hesab edilmədiyini vurğulayıb. Baş nazirin sözlərinə görə, danışıqlarda Qarabağda azərbaycanlı əhalinin də yaşadığı qeydə alınıb və onların maraqlarının müdafiəsi danışıqların gündəliyində olub. ********************* Kanalın əsas məqsə
Back to Top