Sarkisyan xalqı Paşinyanı devirməyə çağırdı - BAKU TV

Sarkisyan xalqı Paşinyanı devirməyə çağırdı - BAKU TV Aktual xəbərlərimiz Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. “Ermənistanın gələcəyi üçün Paşinyanı devirmək lazımdır. Bu, erməni xalqı üçün böyük hədiyyə olacaq”. Bu sözləri Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan feybuk səhifəsindəki paylaşımında bildirib. “Son zamanlar yaşadıqlarımız bizim üçün matəmdir. Ermənistanın müstəqilliyi də təhlükə altındadır. Sərbəst yaşayan xalqımız artıq mövcud deyil. Ermənistan üçün təhlükələr günü-gündən artır. Bu da çox narahatedici haldır. Millətimizi məhv edən hökumət başçısının devrilməsi ölkəni bu acınacaqlı vəziyyətdən çıxarmaq, layiqli danışıqlar aparmaq, tərəfdaşlarla münasibətləri tənzimləmək imkanı yarada bilər. Bu sadə həqiqəti dərk etməmək Ermənistan üçün fəlakətli ola bilər. Müstəqil və azad yaşamaq hüququ əlimizdən alınıb. Hazırda içərimizdəki düşmənə qarşı mübarizə aparacağıq. İndi biz bunun üçün birləşməliyik”, - deyə Sarkisyan paylaşımında qeyd edib. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Sarkisyan xalqı Paşinyanı devirməyə çağırdı #devirmek #sarkisyan #pasinyan #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top