İstanbulun Baş prokuroru Qarabağda - Baku TV

İstanbulun Baş prokuroru Qarabağda - Baku TV Baş prokuror Kamran Əliyevin dəvəti ilə İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya rəsmi səfərə gəlib. Füzuli rayonunda Azərbaycan Ordusunun çətin relyef şəraitində irəlilədiyi “Zəfər yolu” ilə tanışlıqdan sonra qonaqlar “Qarabağın hava qapısı” sayılan Füzuli Beynəlxalq Hava Limanına baxış keçirib. Nümayəndə heyəti yol boyu düşmənin viran qoyduğu məkanlar, insanlığı dəhşətə gətirən erməni vandalizminin şahidi olublar. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edən qonaqlar öncə ümummilli lider Heydər Əliyevin müdaxiləsi ilə qorunub saxlanan görkəmli sənət xadimləri – Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün büstlərini ziyarət ediblər. Şuşa Bəyannaməsinin imzalandığı ərazidə, Cıdır düzündə və digər yerlərdə olan nümayəndə heyəti qısa vaxtda görülən genişmiqyaslı işlərin onlarda böyük təəssürat yaratdığını, Türkiyənin Vətən müharibəsində ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstəyin davamı olaraq qurucul
Back to Top