Ərdoğan Baydenlə görüşdü - BAKU TV

Ərdoğan Baydenlə görüşdü - BAKU TV Aktual xəbərlərimiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə görüşüb. Görüş İndoneziyanın Bali adasında G20 Sammiti çərçivəsində keçirilib. Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb. Görüşdə ticarət və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Ağ Ev lideri Ukrayna limanlarından taxılın dünyaya daşınmasını təmin edən dəhlizin fəaliyyətini bərpa etməsində vasitəçi roluna görə Türkiyə Prezidentinə təşəkkür edib. Bundan başqa, Bayden İstanbulun İstiqlaliyyət küçəsində baş verən terror aktına görə də Ərdoğana başsağlığı verib. Tərəflər həmçinin F-16 təyyarələrinin Türkiyəyə satışını müzakirə ediblər. ABŞ Prezidenti Co Bayden eyni zamanda İsveçin NATO-ya üzvlüyü baxımından Türkiyənin önəmli aktor olduğunu əlavə edib. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmçinin Fransanın dövlət başçısı Emmanuel Makron və Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Ərdoğan Baydenlə görüşdü #erdogan #bayden #siyaset
Back to Top