Şövkət Ələkbərova və İslam Rzayev — Oxu, Tar (Rəsmi Audio)
Şövkət Ələkbərovanın “İfalar, Vol.3” albomundan İslam Rzayev ilə birgə ifa etdiyi “Oxu, Tar“ mahnısı artıq onlayndır.
Şövkət Ələkbərovaya YouTube-da abunə ol:
Musiqi: Ramiz Mirişli
Söz: Mikayıl Müşfiq
Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə:
Keçid:
Genius:
Sözlər:
[Nəqərat: Şövkət Ələkbərova]
Oxu, tar, oxu, tar
Səsindən ən lətif şeirlər dinləyim
Oxu, tar, bir qədər
Nəğməni su kimi alışan ruhuma çiləyim
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti
[Bənd 1: İslam Rzayev]
Zilin var, vəsətin, bəmin var
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var
Zilin var, vəsətin, bəmin var
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var
Səni də avara eyləmiş
Dağınıq telli bir zərəfşan
Onunçün segahın danışır
Pərişan, pərişan
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?
[Nəqərat: Şövkət Ələkbərova]
Oxu, tar, oxu, tar
Səsindən ən lətif şeirlər dinləyim
Oxu, tar, bir qədər
Nəğməni su kimi alışan ruhuma çiləyim
Oxu, tar
Səni kim unudar?
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti
Şövkət Ələkbərova tərəfindən İslam Rzayevin iştirakı ilə ifa olunan “Oxu, Tar” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022
Etiketlər:
#ŞövkətƏləkbərova #OxuTar #mikpro