Şövkət Ələkbərova — Töhfəmiz Olsun (Rəsmi Audio)

Şövkət Ələkbərovanın “İfalar, Vol.6” albomundan “Töhfəmiz Olsun“ ifası artıq onlayndır. Şövkət Ələkbərovaya YouTube-da abunə ol: Musiqi: Firəngiz Babayeva Söz: Fikrət Qoca Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə: Keçid: Genius: Sözlər: [Bənd 1] Səhər kimi diləklərə Günəş olub doğulsun Həyat quran diləklərə Bu nəğməmiz töhfə olsun Səhər kimi diləklərə Günəş olub doğulsun Həyat quran diləklərə Bu nəğməmiz töhfə olsun [Nəqarət] Bu gün nəfəsli nəğmə Bahar həvəsli nəğmə Ən xoş, ən xoş Töhfəmiz olsun Ürəkdən sevənlərə [Bənd 2] Yenə geniş düzənlərə Zəhmət ətri yayılsın Üzə gülən xoş günlərə Bu nəğməmiz töhfə olsun Yenə geniş düzənlərə Zəhmət ətri yayılsın Üzə gülən xoş günlərə Bu nəğməmiz töhfə olsun [Nəqarət] Bu gün nəfəsli nəğmə Bahar həvəsli nəğmə Ən xoş, ən xoş Töhfəmiz olsun Ürəkdən sevənlərə [Bənd 3] Arzuların qönçə ömrü Çiçək-çiçək açılsın Hər könülə, hər ürəyə Bu nəğməmiz töhfə olsun Arzuların qönçə ömrü Çiçək-çiçək açılsın Hər könülə, hər ürəyə Bu nəğməmiz töhfə olsun [Nəqarət] Bu gün nəfəsli nəğmə Bahar həvəsli nəğmə Ən xoş, ən xoş Töhfəmiz olsun Ürəkdən sevənlərə Bu gün nəfəsli nəğmə Bahar həvəsli nəğmə Ən xoş, ən xoş Töhfəmiz olsun Ürəkdən sevənlərə Ürəkdən sevənlərə Şövkət Ələkbərova tərəfindən ifa olunan “Töhfəmiz Olsun” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2023 Etiketlər: #ŞövkətƏləkbərova #TöhfəmizOlsun #mikpro
Back to Top